Bakıda saxta qadın geyimləri aşkarlandı
19 iyul 2013 17:19 (UTC +04:00)

Bakıda saxta qadın geyimləri aşkarlandı

 

Bakıda saxta qadın geyimlərinin satılmasının qarşısı alınıb.

 

İqtisada İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, İnşaatçılar metrosunun yaxınlığında fəaliyyət göstərən fiziki şəxs Vüqar Bayramova məxsus mağazada aparılan yoxlama zamanı fərdi sahibkar İlham İsayevə məxsus “SABRA” əmtəə nişanının təqlidi olan saxta qadın geyimlərinin satıldığı aşkarlanıb.

 

Haqsız rəqabətə yol verdiyinə görə Dövlət Xidməti tərəfindən fiziki şəxs Vüqar Bayramov barəsində antiinhisar qanunvericiliyinin tələblərinin pozulması əlamətləri üzrə iş qaldırılıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1983
avatar

Oxşar yazılar