Bakıda retro maşınların paradı  keçirildi
09 may 2014 18:36 (UTC +04:00)

Bakıda retro maşınların paradı keçirildi

Qələbə günü münasibətilə bu gün Bakıdan-Sumqayıta retro avtomobillərinin yürüşü keçirilib. Lent.az-ın “ANS TV”yə istinadən məlumatına görə, Biləcəri qəsəbəsində yerləşən “Avtoretro” klubdan yürüşə başlayan həvəskarlar yolboyu böyük maraqla qarşılanıblar. Dövlət Yol Polisi maşını ilə müşayiət olunan avtomobil karvanı əvvəlcə Binəqədi Rayon İcra Hakimiyyətində olub. Burada həm müharibə veteranları, həm də sakinlərlə görüş keçirilib.

Daha sonra orkestrin müşayiəti ilə retro-maşın karvanı Sumqayıt şəhərinə üz tutub. Yolboyu xüsusi siqnal səslərilə hər kəsin diqqətini cəlb edən avtomobillərin növbəti dayanacağı Sumqayıt Şəhər İcra Hakimiyyətinin qarşısı olub. Yürüşdə ümumilikdə 30 avtomobil iştirak edib.

Yürüş iştirakçıları əsasən “Zim”, “Çayka”, “Volqa” və “Pobeda” markalı avtomobillərlə təmsil olunub. Daha çox diqqət “Pobeda” markalı avtomobillərə ayrılmışdı. Bu isə təsadüfi deyil. Çünki bu maşın məhz 9 may faşizm üzərində qələbənin şərəfinə istehsal olunub.

Paradda 1930-40-cı illərin istehsalı olan “Pobeda” avtomobillərini, “QAZ 21” və “QAZ 24” markalı maşınların modernləşmiş formaların görmək olardı.


Yürüş iştirakçıları arasında tək Bakıdan deyil, digər regionlardan qatılan avtomobil həvəskarları da var idi. Yürüşdə fəallığı ilə seçilən “Avtoretro” klubun icraçı direktoru Kamran İsmayılov bu cür paradı artıq 11 ildir ki, həyata keçirtdiklərini bildirib.
K.İsmayılov deyir ki, hazırda “Avtoretro” klubun 50 üzvü var. Klubun marşrut xətləri isə əsasən Bakı-Quba və Bakı-Sumqayıt yollarıdır. 

Yürüş iştirakçılarının sonuncu dayanacağı köhnə avtovağzal yaxınlığındakı Mehdi Hüseynzadənin abidəsinin önü olub. Onlar abidə önünə gül dəstələri qoyublar və daha sonra yenidən yola düzəliblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1337

Oxşar yazılar

Bakının bu rayonu sabahdan susuz qalacaq

Bakının bu rayonu sabahdan susuz qalacaq

15 iyul 2025 , 17:07
Hazırda bu rayonlara  yağış yağır   - Faktiki HAVA

Hazırda bu rayonlara yağış yağır - Faktiki HAVA

15 iyul 2025 , 17:00
Bu rayonda 21 kəndin qazı kəsiləcək

Bu rayonda 21 kəndin qazı kəsiləcək

15 iyul 2025 , 15:59
Bakıda yaşayanlara  sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

Bakıda yaşayanlara sabahın havası ilə bağlı CİDDİ XƏBRDARLIQ

15 iyul 2025 , 15:20
Bu yerlərə  leysan yağacaq

Bu yerlərə leysan yağacaq

15 iyul 2025 , 14:56
Sabah  nəfəs kəsən isti   olacaq - Hava PROQNOZU

Sabah nəfəs kəsən isti olacaq - Hava PROQNOZU

15 iyul 2025 , 13:29
Yuxuda niyə kabus görürük?  - Alimlər AÇIQLADI

Yuxuda niyə kabus görürük? - Alimlər AÇIQLADI

15 iyul 2025 , 10:58
Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

Bu gün Bakının bəzi yerlərində qaz olmayacaq

15 iyul 2025 , 09:31