Bakıda Hindistan sərgisi
12 sentyabr 2014 17:14 (UTC +04:00)

Bakıda Hindistan sərgisi

 

 

Bu gün Bakıda Beynəlxalq Hindistan Sərgisinin açılış mərasimi keçirilib. APA-nın məlumatına görə, sentyabrın 28-dək davam edəcək sərginin açılışında Hindistanın Azərbaycandakı səfiri Vinod Kumar deyib ki, Hindistanın “ANS Corporation” şirkətinin təşəbbüsü ilə baş tutan sərgi həm mədəni, həm də iqtisadi baxımdan əhəmiyyət daşıyır. O bildirib ki, sərgidə Hindistandan 39 sahə üzrə 80 sahibkar iştirak edir.

 

Sərgidə əsasən geyim, ədviyyat, suvenir və bəzək əşyaları, Hindistan milli ornamentlərini əks etdirən mebel, Hindistan çayı, düyü, şirniyyat və mətbəx nümunələri nümayiş olunur. Səfirin sözlərinə görə, məqsəd Bakı sakinlərini Hindistan məhsulları və mədəniyyəti ilə tanış etməklə yanaşı, Azərbaycan iş adamlarının marağını cəlb etməkdir.

 

Sərgidə iştirak edən Azərbaycanın Hindistandakı səfiri İbrahim Hacıyev qeyd edib ki, Azərbaycandakı bu cür tədbirin baş tutması müsbət hadisədir: “Azərbaycan və Hindistan arasındakı siyasi əlaqələr getdikcə möhkəmlənir. Çox istərdik ki, bu dostluq özünü iqtisadi sahədə daha çox göstərsin. Eyni zamanda Hindistan və Azərbaycanın mədəni əlaqələrinin möhkəmlənməsi üçün belə tədbirlərin əhəmiyyəti böyükdür”.

 

Sərginin açılış mərasimində Çexiya, Mərakeş və İraq səfirləri də iştirak ediblər. Çıxışlardan sonra hind rəqsləri nümayiş olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2219
avatar

Oxşar yazılar