Yanvarın 9-dan etibarən Azərbaycanda, xüsusi ilə də paytaxt Bakıda hava şəraiti kəskin pisləşib. Lent.az-ın məlumatına görə, bu gün səhər saatlarından etibarən Bakıya küləklə müşahidə olunan güclü qar yağır. Şəhərin bir sıra yüksək yerlərində qar örtük yaradıb.
Hava şəraiti ilə əlaqədar yol polisi, “Azəryolservis” ASC və digər aidiyyatı təşkilatlar gücləndirilmiş iş rejimində açılışır.
Qarlı-şaxtalı hava şəraitinin sabah axşamadək davam edəcəyi gözlənilir. Bundan sonra qar yağmasa da, şaxta düşəcəyi bildirilir.