Bakı metrosunun “Həzi Aslanov” stansiyasının yaxınlığında, uzun müddət bərbad vəziyyətdə olmuş Xudu Məmmədov küçəsi yenidən qurulur. “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, həmin küçədə mühəndis kommunikasiya xətlərinin çəkilməsi ilə bağlı xeyli vaxt sürücülər üçün çətinliklər yaranıb. Hazırda küçənin metrostansiya yaxınlığındakı 600 metrlik hissəsi, yəni Gəncə prospekti istiqamətində əsaslı təmir işləri aparılır. Yola asfalt-beton örtüyünü çəkilməsinə start verilib.
Hazırda ərazidə işlər davam etdirilir. Təmir işləri nəticəsində sürücülərin və sərnişinlərin metro stansiyasına rahat gediş-gəlişi təmin ediləcək.