Bakıda daha bir piyada keçidi tikilir
26 mart 2013 10:50 (UTC +04:00)

Bakıda daha bir piyada keçidi tikilir

 

Bakı şəhərinin Nərimanov rayonu ərazisində yeni yerüstü piyada keçidinin tikintisinə başlanılıb. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Lent.az-a bildirib ki, yeni piyada keçidi Atatürk prospekti 47 ünvanının qarşısında inşa olunur: “Keçidin uzunluğu 84 metr, eni isə 4 metr olacaq. Keçidin yerdən hündürlüyü 5,4 metr olacaq ki, artıq keçidin dayaqları quraşdırılıb. Eyni zamanda ərazidə kommunikasiya xətlərinin yeri dəyişdirilir. İşlər qrafik üzrə gedir”.

 

P.Mürsəliyev bildirib ki, yeni piyada keçidinin bu ilin yay aylarında istifadəyə verilməsi gözlənilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1127
avatar

Nizam Rza

Oxşar yazılar