Bakıda cəzaçəkmə müəssisəsində gərginlik
07 iyun 2013 17:41 (UTC +04:00)

Bakıda cəzaçəkmə müəssisəsində gərginlik

Bu gün Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 16 saylı cəzaçəkmə müəssisəsində gərginlik yaranıb. Lent.az-ın məlumatına görə, müəssisədə bir qrup məhkum özlərinə imtiyazlı şərait yaradılması tələbi ilə aksiya keçiriblər.

Faktı Lent.az-a Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Mehman Sadıqov təsdiqləyib. O bildirib ki, gərginlik demək olar ki, başa çatıb: “Müəssisədə cəza çəkən və cinayətkar aləmin ideyalarına meylli olan bir qrup məhkum daxili intizam qaydalarına zidd olaraq özlərinə imtiyazlı şərait yaradılmasını tələb ediblər və rəhbərliyə qarşı itaətsizlik göstəriblər. Həmin məhkumlar nizam-intizama dəvət olunsa da, öz qanunazidd hərəkətlərini davam etdiriblər. Qanunvericiliyə uyğun qaydada bu məhkumlara qarşı xüsusi vasitələr tətbiq olunub və aksiyanın əsas təşkilatçısı olan 3 məhkum cərimə kamerasına salınıb. Bundan başqa deyə bilərəm ki, müəssisənin ətrafına Penitensiar xidmətin xüsusi təyinatlı dəstəsi gətirilsə də, onlar heç bir müdaxilə etməyiblər və cəzaçəkmə müəssisinə daxil olmayıblar. Yəni xüsusi təyinatlılara ehtiyac olmayıb. Məsələ ilə əlaqədar araşdırmalar aparılır”.

M.Sadıqov onu da bildirib ki, bundan sonra da istənilən qanunazidd hərəkətlərin qarşısı Penitensiar Xidmətin rəhbərliyi və əməkdaşları tərəfindən qətiyyətlə alınacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1369
avatar

Nizam Rza

Oxşar yazılar