Bakıda belə bir bağça tikiləcək
22 iyul 2013 09:59 (UTC +04:00)

Bakıda belə bir bağça tikiləcək

Səbail rayonunda aparılan genişmiqyaslı təmir-tikinti işləri ilə bağlı Badamdar qəsəbəsi, T.Məmmədov küçəsi 7 ünvanında yerləşən 1969-cu ildə tikilmiş, 8 qrupda 150-dən çox uşağın tərbiyə aldığı 136 saylı uşaq bağçasının da əsaslı təmir olunur. Səbail RİH-dən Lent.az-a verilən məlumata görə, bu ilin may ayında Heydər Əliyev Fondu tərəfindən bağçanın əsaslı təmir olunmasına başlanıb.  Bağçanın təmiri ilə yanaşı RİH tərəfindən bağçanın yaxınlığındakı həyət və yaşayış binalarının da təmiri aparılır. Həmin binalar da aqlay daşla üzlənir, eyvanlar və dam örtüyündə  təmir işləri aparılır, pəncərələr, giriş qapıları yeniləri ilə əvəzlənir. Buradakı işlərin payızda başa çatdırılması nəzərdə tutulub.

 

Qeyd edə ki, Badamdar qəsəbəsindəki 136 saylı uşaq bağçasının həyətyanı sahəsi -  2500-3000 kvadrat metrdir. 969-cu ildə tikilən bina sonuncu dəfə 2009-cu ildə təmir edilib. Bağçada 8 qrupda 150 nəfər uşağa xidmət göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2667
avatar

Nizam Rza

Oxşar yazılar