Bakıda bayram yarmarkaları açılıb
14 mart 2015 22:55 (UTC +04:00)

Bakıda bayram yarmarkaları açılıb

Novruz bayramına az qalıb. Hər kəs süfrəsini bəzəmək üçün bazarlara axışır. Paytaxtda süni qiymət artımının qarşısını almaq üçün yarmarkalar təşkil edilib.

 

APA TV-nin xəbərinə gör, Bakı şəhər əhalisinin kənd təsərrüfatı və ərzaq məhsullarına artan tələbatının daha dolğun ödənilməsi, istehlakçıların seçim imkanlarının artırılması və süni qiymət artımının qarşısının alınması məqsədi ilə bu gündən etibarən yarmarkalar fəaliyyətə başlayıb. Yarmarkalara mövsümə uyğun meyvə-tərəvəz və bayram süfrələri üçün digər ərzaq məhsulları çıxarılıb.

 

Səhər saatlarından burada əhali sıxlığı müşahidə edilirdi. Kimi satıcılarla mübahisə edib, məhsulun baha olduğunu deyir, kimi isə deyilənlə razılaşıb bayram boğçasını doldurmaqla məşğul idi.

 

Yarmarkadakı məhsulların qiymətlərinin supermarketlərə nisbətən ucuz olduğunu deyən də var, olmadığını deyən də...

 

Bayram yarmarkalarında xeyli alıcı gələcəyinə ümid edən satıcılar iddia edir ki, satış qiymətləri razılaşdırılmış qiymətlərdir.

 

Qeyd edək ki, yarmarkalar Xətai rayonu Ukrayna dairəsinin yanında, Bakı kinoteatrının yanında, Nəsimi rayonu S.Vurğun küçəsi 73-də, Təzə Bazarın ərazisində; Yasamal rayonu Akim Abbasov küçəsində, İran klinikasının yanında; Nərimanov rayonu Gənclik metrosunun yanında; Səbail rayonu Badamdar qəsəbəsində, Suraxanı rayonunda təşkil ediləcək. Bayram günlərində Bakı şəhərinin digər yerlərində də yarmarkaların keçirilməsi nəzərdə tutulub.

 

Belə yarmarkalar bölgələrdə də təşkil olunub. Lənkəranda səhər saatlarından açılan yarmarkaya xeyli sayda alıcı gəlib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 205
avatar

Oxşar yazılar