Azərbaycandakı özəl bağçaların sayı açıqlandı
Azərbaycanda fəaliyyət göstərən özəl məktəbəqədər təhsil müəssisələrinin sayı açıqlanıb.
APA-nın xəbərinə görə, təhsil nazirinin mavini Firudin Qurbanov "Təhsilin biznesi sektoru forumu - mövcud vəziyyət və perspektivlər" mövzusunda keçirilən konfransda deyib ki, son dövrlər məktəbəqədər təhsil pilləsində özəl sektorun inkişafına xüsusi diqqət yetirilir:
"Son 5 ildə özəl məktəbəqədər təhsil müəssisələrinin sayı əhəmiyyətli dərəcədə artıb. Yəni, 5 il bundan öncə məktəbəqədər təhsil müəssisələrinin sayı 41 idisə, hazırda onların sayı 144-dür".
592