Bakıda “Azərbaycandan Macar–Turan Diyarına könül körpüsü”  tədbiri
13 iyun 2014 18:26 (UTC +04:00)

Bakıda “Azərbaycandan Macar–Turan Diyarına könül körpüsü” tədbiri

Bakıda Macarıstan rəsmilərinin iştirakı ilə “Azərbaycandan Macar–Turan Diyarına könül körpüsü” adlı tədbir keçirilib. Lent.az-ın xəbərinə görə, Azərbaycanda səfərdə olan Macar Turan Fondunun nümayəndələri, tanınmış macar sənətçi və media mənsublarından ibarət nümayəndə heyəti, habelə Macarıstanın rəsmi şəxslərinin iştirakı ilə Milli Qurtuluş Gününə həsr olunmuş tədbirdə təşkilatçı qurumlarım rəhbərləri ilə yanaşı Azərbaycanın tanınmış ziyalıları, sənətçiləri, media təmsilçiləri də iştirak edib.

 

Tədbiri giriş sözü ilə açan millət vəkili Qənirə Paşayeva, nüfuzlu macar nümayəndə heyətinin respublikamıza yaddaqalan səfəri, burada keçirilən görüşlərin məram-məqsədi ilə bağlı ətraflı bilgi verib. Q.Paşayeva səfərin son gününə təsadüf edən bu tədbirin daha çox milli sənət nümayişi ilə, macar kültürünün tarixin dərinliklərindən gələn gələnəkləri ilə süslənəcəyini deyib.

 

Q.Paşayeva tədbirdə Macarıstan parlamentinin vitse-spikerinin, Macarsıtanın Prezident Administrasiyasının məsul şəxsinin, bu ölkənin respublikamızdakı səfirinin, digər mötəbər qonaqların iştirakını xüsusi hal kimi qiymətləndirib.

 

Bugünkü tədbirin qarşıdan gələn Milli Qurtuluş Gününə həsr edildiyini xatırladan millət vəkili, ümummilli lider Heydər Əliyevin Azərbaycan-Macarıstan dövlətlərarası münasibətlərinə verdiyi böyük töhfələri də qeyd edib.

 

Macar Turan Fondunun başqanı Andras Biro Azərbaycan səfərinin son gününün həyəcanlı olduğunu, burada çox böyük doğmalıq gördüklərini, yeni münasibətlər qurduqlarını bildirib.

 

Çıxış edən digər macar qonaqlar da, Azərbaycan və macar xalqlarının tərəfdaş münasibətlərdən daha çox, qohumluq-qardaşlıq ilişkiləri birləşdirdiyini söyləyiblər.

 

Macarıstan Parlamentinin vitse-spikerinin iştirakı ilə Macar Turan Fondunun Q.Paşayevaya qardaş xalqlar arasında münasibətlərin inkişafına verdiyi töhfələrə görə mükafat təqdim olunub.

 

Tədbirin sonunda qonaqlara xatirə hədiyyələri təqdim edilib. Eyni zamanda, Macar Turan Fondu da öz adından Azərbaycanın bir sıra tanınmış sənət, media və QHT təmsilçilərinə xatirə hədiyyələri bağışlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 724

Oxşar yazılar