Bakıda və Abşeron yarımadasında sentyabrın 4-də hava şəraitinin dəyişkən buludlu olacağı, gün ərzində əsasən yağmursuz keçəcəyi gözlənilir. Bu barədə Lent.az-a Ekologiya və Təbii Sərvlər Nazirliyinin Milli Hidrometrologiya Departamentindən məlumat verilib. Mülayim cənub-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 23-26, gündüz 29-34 dərəcə isti olacaq.
Azərbaycanın rayonlarında sentyabrın 4-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və axşam bəzi rayonlarda şimşək çaxacağı, yağış yağacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 20-25, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 22-27 dərəcə isti olacaq.