Sadələşdirilmiş viza
06 dekabr 2013 12:38 (UTC +04:00)

Sadələşdirilmiş viza

29 noyabr 2013-cü il tarixində Vilnüsdə keçirilən III "Şərq Tərəfdaşlığı" sammiti çərçivəsində Azərbaycan və Avropa İttifaqı arasında viza rejiminin sadələşdirilməsi haqqında sazişin imzalanması biriklə Azərbaycan əməkdaşlığında mühüm mərhələdir. Saziş Azərbaycan vətəndaşlarına "Şengen" məkanına, həmçinin Aİ ölkələrinin vətəndaşlarına Azərbaycana daha rahat səfər etmələrinə əlverişli şərait yaratmaqla, Aİ və Azərbaycan arasında qarşılıqlı əlaqələri bundan sonra da təşviq edəcək, daha da dərinləməsinə imkan yaradacaqdır. Uzun müddətdir ki, reallşması nəzərdə tutulan, müxtəlif istiqamətli əməli fəaliyyətin, Azərbaycan siyasi iradəsinin nəticəsində baş tutan sazişin ölkəmizə, vətəndaşlara gətirdiyi üstünlüklər baxımından perspektivləri aşağıdakı kimi sadalamaq olar:

-Müqavilə ilk öncə Avropa ilə Azərbaycan arasında təmasların güclənməsinə əhəmiyyətli dərəcədə təsir göstərəcək;

- vətəndaşlarımızın Avropa ölkələrinə işgüzar, turizm və digər məqsədlərlə səfərlərinin asanlaşması, bu sahədə mövcud bir sıra problemlərin, xüsusilə  bürokratik əngəllərin aradan qaldırılması mümükünləşəcək;

- müqavilə Aviasiya Məkanı üzrə sazişə dair danışıqların başlanmasını da təmin etmiş oldu;

- Müəyyən kateqoriya Azərbaycan vətəndaşları üçün Şengen vizaları pulsuz təklif olunacaq. Bu siyahı kifayət qədər geniş şəxslər siyahısını əhatə edir. Bura 12 yaşından kiçik olan uşaqlar, təqaüdçülər, dövlət qulluqçuları, əlil insanlar, Şengen ölkəsində yaşayanların yaxın qohumlar, jurnalistlər, konfrans və elmi tədbirlərdə iştirak edən vətəndaş cəmiyyəti nümayəndələri, mübadilə proqramında iştirak edən tələbələr daxildir;

-sazişin imzalanması viza verilməsi probleminin də sadələşməsinə gətirib çıxaracaq. Belə ki, vizaların verilməsi üçün tələb edilən müddət 2 dəfə azaldılacaq. Güzəştli kateqoriyalar üçün bu müddət cəmi 2 gün olacaq;

-viza alınması üçün tələb edilən sənədlərin sayı kəskin azalacaq;

-Sazişin digər üstünlüyü vətəndaşların ölkəyə qayıdaraq səfirliyi müraciət etmək imkanları olmadığı halda Avropa Birliyində həmin vizanın müddətini uzatmaq imkanına malik olacaqlar.

Anlaşmanın əsas məqsədi Azərbaycanla Avropa Birliyi arasında viza rejiminin sadələşdirilməsi, birlik üzvü olan ölkə vətəndaşlarının daha səmərəli və asan mexanizmlərlə viza almasını, Avropa Birliyi ilə Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda əməkdaşlığın daha da genişləndirilməsini özündə ehtiva edir. Saziş birliklə ölkəmiz arasındakı əlaqələrin yeni formatda davamına və mütəffiqliyin dərinləşməsinə təkan verir. Bununla Azərbaycan ənənəvi xarici siyasət kursuna sadiqliyini nümayiş etdirərək, nüfuzlu beynəlxalq və regional qurumlarla əlaqələrini milli mənafe və maraqların maksimum şəkildə təmini rakursunda reallaşdırdığını bir daha təsdiqlədi. Bu Azərbaycan dövlətçilik strategiyasının prioritet istiqaməti, məramıdır.

 

 

Nailə Məmmədova

"Şərqi Avropada Təhsil alan Azərbaycanlı Tələbələr və Məzunlar" İctimai Birliyinin fəalı

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1256
avatar

Oxşar yazılar