Bakıda 1235 küçə və prospektə giriş ünvanları təyin edilib
19 fevral 2014 11:57 (UTC +04:00)

Bakıda 1235 küçə və prospektə giriş ünvanları təyin edilib

“Ünvan Reyestri İnformasiya Sisteminin tətbiqi istiqamətində komitə tərəfindən işlər görülür. Yaxın zamanda Sistemin tətbiqinə başlanılacaq”. Lent.az-ın məlumatına görə,  bunu Əmlak Məsələləri Dövlət Komitəsinin sədri Kərəm Həsənov bildirib.

 

Komitə sədri bildirib ki, hazırda ölkədə ünvanvermə işləri yeni qaydalara əsasən aparılır: “Tərəfimizdən Bakı şəhəri üzrə 1235 küçə və prospektdə giriş ünvanları təyin edilib. Sumqayıt şəhərində adı, başlanğıcı və sonu məlum olan 70 küçədə giriş ünvanlarının təyini işi yekunlaşıb”.

 

O bildirib ki, Gəncədə də bu işlərə artıq başlamışıq: “Hazırda Sumqayıt şəhəri üzrə yuxarıda qeyd olunan məkan məlumatları bazası formalaşdırılıb. Belə ki, daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı, kadastr və ünvan reyestri bazaları fəaliyyət göstərir, əmlakların kütləvi qiymətləndirmə sistemi yaxın vaxtlarda istifadəyə veriləcək. Bakı şəhəri və ölkənin digər rayonları üzrə tədbirlər davam etdirilir”.

 

K.Həsənov vurğulayıb  ki, komitə tərəfindən elektron xidmətləri geniş tətbiq edilir: “Komitənin fəaliyyət istiqaməti üzrə ümumilikdə 40-a yaxın xidmətdən artıq 16 elektron xidmət təşkil edilib. Bu xidmətlərin hamısı “Elektron hökumət” portalına inteqrasiya edilib. Qısa zaman ərzində 9 000 elektron müraciət daxil olub. 2014-cü ildə daha 15 elektron xidmətin təşkili və vətəndaşlarımızın istifadəsinə verilməsi nəzərdə tutulur”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar