Bakı şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) paytaxtın 177 saylı orta məktəbində baş vermiş etiraz aksiyasına rəsmi münasibət bildirib. İdarədən Lent.az-a verilən məlumata görə, 177 nömrəli tam orta məktəbin direktoru Həqiqət Şahbaz qızı Məmmədova növbəti əmək məzuniyyətinə çıxdığı üçün həmin vəzifənin icrası Həqiqət Qarayevaya həvalə olunub.
Qeyd edək ki, Bakıda 177 saylı orta məktəbdə aksiya keçirilib. Şagirdlər, valideynlər müəllim heyəti məktəbə yeni direktor təyin olunmuş Həqiqət Məmmədovanın binaya daxil olmasına icazə verməyiblər.