Heydər Əliyev Fondu: Elm və təhsil fəaliyyəti
19 iyun 2014 17:49 (UTC +04:00)

Heydər Əliyev Fondu: Elm və təhsil fəaliyyəti

Azərbaycan təhsilinə xüsusi diqqət və qayğı ilə yanaşan Heydər Əliyev Fondu  yeni məktəblərin, təhsil müəssisələrinin tikilərək istifadəyə verilməsində öz köməyini əsirgəmir.  “Uşaq evləri və internat məktəblərinin inkişafı”  layihəsi respublikada fəaliyyət göstərən uşaq evləri və internat məktəblərində mövcud problemlərin araşdırılması zamanı ortaya çıxan problemlərin zəruriliyindən irəli sürülmüş,  uşaq evlərinə və internatlara texniki dəstək, təhsil və səhiyyənin inkişafına kömək əsas istiqamətlər kimi önə çəkilmişdir.  Məhz layihə çərçivəsində respublika üzrə 40-a yaxın uşaq müəssisəsi əsaslı şəkildə təmir edilmiş, yeni avadanlıqla təchiz olunmuş, əlavə yardımçı binalar inşa edilmiş və kommunal şərait yaxşılaşdırılmışdır.  Fond tərəfindən 2005-ci ildən etibarən həyata keçirilən “Yeniləşən Azərbaycana yeni məktəb”  proqramının əsas məqsədi təhsil sahəsində mövcud olan problemlərin həllinə kömək etmək, ölkə miqyasında müasir standartlara cavab verən təhsil kompleksləri yaratmaq, tədrisin səviyyəsinə bilavasitə təsir edən problemləri aradan qaldırmaq, cəmiyyətin müxtəlif təbəqələrinin, yerli və xarici şirkətlərin, beynəlxalq təşkilatların bu sahədə birgə əməkdaşlıq imkanlarını müəyyənləşdirərək ümumi işin xeyrinə yönəltməkdir. Proqram çərçivəsində 2005-2012-ci illər ərzində ölkənin müxtəlif bölgələrində 100 mindən artıq şagirdin təhsil aldığı 400-dək məktəb binası inşa olunmuş və yenidən qurulmuşdur. Bu məktəblərin hər birində müasir laboratoriya, kitabxana, yeməkxana, ən son avadanlıqla təchiz edilmiş kompyuter otaqları, emalatxana, idman zalları, geniş meydançalar və ayrıca istilik sistemi vardır. Heydər Əliyev Fondunun “Təhsilə dəstək” layihəsi çərçivəsində Gürcüstan, Misir, Rumıniya, Rusiya Federasiyası, Pakistan və Hollandiyada bir sıra məktəblər yenidən qurulmuş və əsaslı təmir olunmuşdur. Pakistanın Müzəffərabad şəhəri Rara ərazisində zəlzələdən sonra dağılmış qızlar üçün yeni orta məktəb binasının inşası ən uğurlu və önəmli layihələrdəndir. Bütün bunlar Heydər Əliyev Fondununprezidenti,Azərbaycanın birinci xanımı Mehriban xanım Əliyevanın ölkədə təhsilin inkişafına göstərdiyi qayğı və diqqətin sübutudur.

Bu fəaliyyət tək ölkə daxilində deyil, eləcə də ölkə hüdudlarından kənarda da çoxşaxəli olmaqla Azərbaycanın humanist mövqeyinin dünyəvi qiymətləndirilməsinə, ölkəmizin beynəlxalq əhəmiyyətli uğurlara imza atmasına imkan yaradır.

Nailə Məmmədova

 “Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2369
avatar

Oxşar yazılar