Dövlət qurumlarına ayrılan avtomobillərin sayı dəyişdi
01 aprel 2013 18:21 (UTC +04:00)

Dövlət qurumlarına ayrılan avtomobillərin sayı dəyişdi

Üç dövlət qurumu üçün nəzərdə tutulan xidməti minik avtomobillərinin limiti artırılıb

 

Nazirlər Kabineti “Azərbaycan Respublikasında dövlət büdcəsindən maliyyələşən idarə, müəssisə və təşkilatlarda nəqliyyat vasitələrindən istifadə qaydalarının təkmilləşdirilməsi haqqında” 2011-ci il 18 iyul tarixli 120 saylı qərarına dəyişikliklər edib.

Lent. az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən Bakı Şəhər İcra Hakimiyyəti başçısının aparatı üçün xidməti minik avtomobillərinin say həddi (limiti) 13 ədəd, rayon (şəhər) icra hakimiyyəti başçısı, onun müavinləri, şəhər üzrə nümayəndəsi, qəsəbə və kənd nümayəndələri (əhalisinin sayı 10 min nəfərdən artıq olan), Bakı Şəhər İcra Hakimiyyəti başçısı aparatının birbaşa tabeliyində olan dövlət orqanlarının rəhbərləri, rayon (şəhər) məhkəmələrinin hər biri üçün xidməti minik avtomobillərinin say həddi (limiti) bir ədəd, Bakı, Gəncə və Sumqayıt şəhər məhkəmələrinin hər biri üçün isə iki ədəd olmaqla müəyyən edilib.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi üçün avtomobil limiti 7 avtomobildən 8 avtomobilə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi üçün avtomobil limiti isə 12 avtomobildən 13 avtomobilə qədər artırılıb. Bu artım  dövlət orqanlarının aparat işçiləri üçün nəzərdə tutulub.

Maliyyə Nazirliyi bu qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

# 1700
avatar

Oxşar yazılar

Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22