Bakı Dövlət Universitetinin giriş və çıxışı niyə dəyişdirildi?
24 fevral 2014 14:56 (UTC +04:00)

Bakı Dövlət Universitetinin giriş və çıxışı niyə dəyişdirildi?

Bakı Dövlət Universiteti gün ərzində ali məktəbin giriş-çıxışının tələbələr və müəllimlər üçün bağlanması məsələsinə aydınlıq gətirib.


 

BDU-nun inzibati-təsərrüfat işləri üzrə prorektoru Nəbi Ramazanlı APA-ya açıqlamasında bildirib ki, universitetin yalnız Azərbaycan Milli Elmlər Akademiyası tərəfdən olan girişi təmir işləri ilə əlaqədar bağlanıb.

 

Onun sözlərinə görə, qəbul edilən qərara əsasən, bundan sonra BDU-ya giriş Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfdən, çıxışlar isə Mətbuat prospekti tərəfdəki yuxarı qapılardan olsun: “Bununla da universitetdə hər hansı qarışıqlıq yaranmasın. Tələbələrin giriş-çıxışında hər zaman qarşı-qarşıya sıxıntı olurdu. Amma bu gündən giriş və çıxışların dəyişməsindən sonra heç bir gərginlik müşahidə olunmayıb. Hər kəs rahat şəkildə universitetə daxil olur, dərsləri bitəndən sonra çıxıb gedirlər”.

 

N.Ramazanlı qeyd edib ki, Bakı Dövlət Universitetinin AMEA tərəfdən olan girişi orada  stadionun tikintisi və AMEA Mərkəzi Kitabxanasının açılışı ilə əlaqədar bağlanıb. Onun fikrincə, bəzi insanlarda belə bir ajiotaj yaranıb ki, universitetə yollar bağlanıb: “Bu gündən Bakı Dövlət Universitetinə giriş Azərbaycan Memarlıq və İnşaat Universiteti tərəfindən, çıxış isə Mətbuat prospektinə yaxın yerlərdə yerləşən 2 qapıdan olacaq. Tələbələr də, müəllimlər də hər kəs vəsiqəsini göstərib ali məktəbə rahat şəkildə daxil ola biləcəklər”.

 

Bu gün universitetdə hər hansı bir aksiyanın olması ilə bağlı vəziyyətə gəlincə, prorektor qeyd edib ki, elə bir şey yoxdur: “Hazırda qapıda 3-5 jurnalist var, onlar sadəcə dayanıb ətrafa baxırlar, insanların gediş-gəlişini, ümumi vəziyyəti çəkirlər. Normal bir vəziyyətdir, heç bir aksiya hiss olunmur”. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1835
avatar

Oxşar yazılar