Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq sertifikat aldı
17 fevral 2014 12:00 (UTC +04:00)

Bakı Ali Neft Məktəbinin tələbələri beynəlxalq sertifikat aldı

Bakı Ali Neft Məktəbində Dövlət Neft Şirkətinin (ARDNŞ) Təlim, Tədris və Sertifikatlaşdırma İdarəsinin Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində təlim keçmiş “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alan 1-ci kurs tələbələrinə Beynəlxalq Dəniz Təşkilatının sertifikatları təqdim edilib. Bu barədə Lent.az-a ali məktəbdən məlumat verilib.

Tədbiri açan rektor E. Qasımov Bakı Ali Neft Məktəbində tədris prosesinin istehsalatla sıx əlaqədə həyata keçirildiyini vurğulayıb və tələbələrin ARDNŞ-nin müəssisə və təşkilatlarında istər semestr ərzində fənlərin tədris proqramları çərçivəsində qısamüddətli, istərsə də qış və yay aylarında uzunmüddətli təcrübə keçmələrini peşə və ixtisas yönümlü fənlər üzrə biliklərin mənimsənilməsində vacib amil kimi qiymət­lən­dirib.

ARDNŞ-nin Təlim, Tədris və  Sertifikatlaşdırma İdarəsinin rəisi Fuad Süleymanov yanvar ayında Bakı Ali Neft Məktəbinin müxtəlif ixtisaslar üzrə təhsil alan 117 tələbəsinin İdarənin Kadr Hazırlığı Mərkəzinin laboratoriyalarında və emalatxanalarında, Qobustan regional təlim mərkəzində və Dənizdə insan həyatının mühafizəsi üzrə təlim mərkəzində keçdikləri 10 günlük təlim haqqında məlumat verib.

Dövlət Dəniz Administrasiyasının rəisi Qüdrət Qurbanov dəniz şəraitində təhlükəsizlik qaydalarını mənimsəmiş tələbələrə veriləcək sertifikatların bütün dünyada qəbul edildiyini və gələcək məzunların iş tapma prosesində vacib amil kimi qiymətləndiriləcəyini bildirib.

Sonra təlimdə iştirak edən 47 tələbəyə beynəlxalq sertifikatlar təqdim edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 646

Oxşar yazılar