Bakı Ali Neft Məktəbində Heydər Əliyevin 91-ci ildönümü qeyd olunub
08 may 2014 11:30 (UTC +04:00)

Bakı Ali Neft Məktəbində Heydər Əliyevin 91-ci ildönümü qeyd olunub

Bakı Ali Neft Məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümünə həsr olunmuş tədbir keçirilib. Lent.az-ın məlumatına görə, məktəbin professor-müəllim heyətinin və tələbələrin iştirak etdiyi tədbiri giriş sözü ilə açan rektor Elmar Qasımov ulu öndərin həyat və fəaliyyəti barədə geniş çıxış edib, onun müstəqil Azərbaycanın qurucusu, ölkənin aparıcı qüvvəsi olan Yeni Azərbaycan Partiyasının yaradıcısı və rəhbəri kimi ölkəmizin dünyada tanınmasında müstəsna rol oynadığını vurğulayıb.

 

Yeni Azərbaycan Partiyasının icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Heydər Əliyev fenomeninin Azərbaycan, keçmiş Sovetlər İttifaqı və dünya miqyasında qəbul edildiyini qeyd edib. Onun sözlərinə görə, H. Əliyevin rəhbərliyi altında 1969-1983-cü illərdə Azərbaycanın iqtisadi inkişafında böyük uğurlar əldə edilib: “Bugünkü Azərbaycanın təməli Heydər Əliyev tərəfindən qoyulub. Bu əfsanəvi şəxsiyyət dünya siyasətçiləri sırasında özünəməxsus yer tutur. Azərbaycan xalqı ulu öndərin xatirəsinə həmişə xüsusi ehtiram bəsləyir”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 436

Oxşar yazılar