Bakı-Sabunçu elektrik qatarı 3 gün işləməyəcək
0
0
Bakı-Sabunçu-Bakı marşrutu üzrə elektrik qatarları 30.05.2019-cu il tarixində hazırda qüvvədə olan qrafik üzrə hərəkət edəcək.
Bu barədə Lent.az-a "Azərbaycan Dəmir Yolları" QSC-dən bildirilib.
Xəbərə görə, təmirlə əlaqədar olaraq 31 may, 01, 02 iyun 2019-cu il tarixlərində (üç gün) Bakı-Sabunçu-Bakı marşrutu üzrə hərəkət edən elektrik qatarlarının hərəkəti dayandırılır.
Qeyd edək ki, iyun ayının 3-dən etibarən Bakı-Sabunçu-Bakı elektrik qatarları yeni hərəkət cədvəli üzrə hərəkət edəcək. Qatarlarda gediş plastik kartla və biletlə təşkil olunacaq.
Yeni hərəkət cədvəli haqqında əlavə məlumat veriləcək.
0
0