Salatın Əsgərovanın oğlu baş redaktor oldu - YENİLƏNİB
09 sentyabr 2016 17:29 (UTC +04:00)

Salatın Əsgərovanın oğlu baş redaktor oldu - YENİLƏNİB

0

Tanınmış telejurnalist Ceyhun Əsgərov Aznews.az saytına baş redaktoru təyin olunub. Lent.az-a açıqlamasında C. Əsgərov faktı təsdiqləyib. O bildirib ki, yeni vəzifəsinin icrasına tam şəkildə Qurban bayramından sonra başlayacaq: "İstirahət günlərindən sonra tam olaraq fəaliyyətə başlayacağıq. Dəyişikliklər, planlar da bayram günlərindən sonra məlum olacaq”.

 

Xatırladaq ki, C. Əsgərov Azərbaycanın Milli Qəhrəmanı, şəhid jurnalist Salatın Əsgərovanın oğludur. O, uzun illər ANS telekanalında bir sıra verilişlərin aparıcısı olub. Sonuncu dəfə isə ANS ÇM radiosunun baş direktoru vəzifəsində çalışıb. 

 

***

 

10:32

 

Tanınmış jurnalist Əvəz Qurbanlı Aznews.az saytının baş redaktoru vəzifəsini icra edəcək.

 

Lent.az Modern.az-a istinadən xəbər verir ki, bu gündən etibarən o, öz vəzifəsinin icrasına başlayacaq.

 

Xatırladaq ki, ötən gün aznews.az saytının baş redaktoru olmuş Elçin Zahiroğlu öz vəzifəsindən getmişdi.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 412

Oxşar yazılar