Nazirlər Kabineti “Azərbaycan Dövlət Teleqraf Agentliyinin (AzərTAc-ın) ştat sayının artırılması ilə bağlı bəzi məsələlər barədə” qərar verib.
Lent.az-ın verdiyi məlumata görə, dəyişikliyə əsasən, AzərTAc-da ştat vahidlərinin sayı 217-dən 221-ə qaldırılıb.
Əlavə 4 ştat vahidinin saxlanılması xərcləri dövlət büdcəsində AzərTAc üçün təsdiq edilmiş göstəricilərin müvafiq xərc maddələrində nəzərdə tutulmuş vəsait dairəsində həyata keçiriləcək. AzərTAc Maliyyə Nazirliyi ilə razılaşdırmaqla, yeni ştat cədvəlini təsdiq etməlidir.
Ramiz Mikayıloğlu