Azərbaycanlı modelyer: “Milli Geyim Günümüz olmalıdır”
07 may 2014 15:05 (UTC +04:00)

Azərbaycanlı modelyer: “Milli Geyim Günümüz olmalıdır”

Modelyer-dizayner Gülnarə Xəlilova maraqlı təkliflə çıxış edib. Lent.az-ın məlumatına görə, milli geyimlərin, adət-ənənələrin qorunması və inkişafının zəruriliyini bildirib.

“Xalqımızın milli geyimləri mədəni tariximizin əvəzolunmaz hissəsidir. Bu geyim bizim qürurumuz, həm də şəxsiyyət vəsiqəmizdir. Bütün dünyaya bizi tanıdan amillərdən biridir”.

 

Gülnarə xanımın sözlərinə görə, müasir gənclər milli geyim və adət-ənənə ilə maraqlanmırdılar: “İndi isə biz qədim köklərə qayıdırıq. Sanki daha çox maraq yaranıb. Bu da ondan xəbər verir ki, artıq milli geyim günümüz olmalıdır. Mən hətta düşünürəm ki, bu gün tariximizdə təkrarolunmaz iz qoyan qadınların birinin ad gününə təsadüf etməlidir. Məsələn, Xurşudbani Natəvan, Məhsəti Gəncəvi, Heyran xanım, Aşıq Pəri kimi adlar məqsədə uyğun olardı”.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 584

Oxşar yazılar