Azərbaycanlı gənclər 33 ölkədə təhsil ala bilərlər
12 fevral 2014 17:55 (UTC +04:00)

Azərbaycanlı gənclər 33 ölkədə təhsil ala bilərlər

2014/2015-ci tədris ilində azərbaycanlı gənclərin xaricdə təhsil alması məqsədilə seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil prioritet ixtisas istiqamətlərinin siyahısı təsdiq olunub.

 

Bu barədə APA-ya açıqlamasında Təhsil Nazirliyinin İnformasiya şöbəsinin müdir müavini, QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehov məlumat verib.

 

O bildirib ki, yeni siyahı Azərbaycan prezidenti yanında Təhsil məsələləri üzrə Komissiya sədrinin 10 fevral 2014-cü tarixli sərəncamı təsdiqlənib. Yeni siyahıya əsasən 2014/2015-ci tədris ilin azərbaycanlı gənclər dövlət proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək hüququna malik olacaqlar.

 

Qeyd edək ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində bu günədək 2612 gənc dünyanın aparıcı ali təhsil müəssisələrinlə təhsil almaq hüququ qazanıb, 600 gənc təhsilini başa çatdırıb. 2013-2014-cü tədris ili üzrə Dövlət Proqramı çərçivəsində xarici ölkələrin ali təhsil müəssisələrində təhsil almaq üçün sənəd vermiş 766 namizəd barədə müsbət qərar qəbul edilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1244
avatar

Oxşar yazılar