
Azərbaycanla bağlı növbəti zəlzələ proqnozu
"2014-cü ilin əvvəlindən bu günə kimi respublika ərazisində ümumilikdə 500-dən artıq yeraltı təkan qeydə alınıb. Bu, ötən illərlə müqayisədə heç də yüksək göstərici deyil”. Bu fikirləri Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli APA TV-yə açıqlamasında deyib. Onun sözlərinə görə, Hacıqabul rayonu ərazisində qeydə alınan zəlzələdən sonra ərazidə bir neçə təkrar təkan qeydə alınıb. Lakin bu təkanların maqnitudası zəif olduğundan əhali hiss etməyib. Son zəlzələ ocağında isə 40 ildə hər hansı bir aktivlik müşahidə edilməyib. Statistikaya nəzər saldıqda isə məlum olur ki, həmin zəlzələ ocağına yaxın ərazidə 1911-ci ildə maqnitudası 5 olan zəlzələ qeydə alınıb.
“Əvvəlki illərə nisbətən fon səviyyəsindən bir qədər aşağı durğunluq yaranıb. Ara-sıra xırda təkanlar qeydə alınır. Həmin təkanların maqnitudası 0,3 - 0,5 bal olur. Ümumilikdə götürdükdə həmin ocaqda sakitlikdir. Adətən güclü zəlzələdən sonra xırda afterşoklar yaranır ki, bu da zəlzələ ocağında baş verən struktur yerdəyişmələrindən irəli gəlir”.
Mütəxəssis hesab edir ki, zəlzələdən öncə gərginlik zonalarını, seysmik bağlılığı və aktiv qırılmalı müəyyən etmək olur, lakin, zəlzələnin vaxtını və tam dəqiq yerini müəyyən etmək mümkün deyil.
“Bir sıra sosial şəbəkələrdə, informasiya vasitələrində deyilir ki, zəlzələnin yeri və zamanı barədə ABŞ seysmoloqları əvvəldən məlumat yayıblar. Lakin mən bu məlumatla bağlı araşdırma apardım və heç bir rəsmi əsası olmayan məlumat olduğu üzə çıxdı. Bu, şayiələrdir. Sadəcə təxribat xarakterli məlumatlardır. Çünki dünya seysmoloqları yaxşı bilir ki, zəlzələnin yerini və zamanını əvvəldən demək mümkün deyil”.
Qurban Yetirmişli onu da bildirib ki, ölkəmizdə son illər müşahidə olunan seysmik aktivlik diqqətlə izlənir və tədqiq olunur. Əgər əvvəl Azərbaycanda 14 seysmik stansiya vardısa, indi 35 stansiya fəaliyyət göstərir. Bunun sayəsində ən xırda təkanlar da qeydə alınır. Yaxın müddət ərzində Azərbaycanda dağıdıcı gücə malik heç bir zəlzələ gözlənilmir.
Oxşar yazılar

SOS: Azərbaycanda uşaqlar arasında COVID yayılır - HƏKİMDƏN AÇIQLAMA
21 iyul 2025 , 11:40
Pensiyaçılara ŞAD XƏBƏR: Pullar bu tarixdə ödəniləcək
21 iyul 2025 , 10:57
Bakıda bu yollarda sıxlıq var - SİYAHI
21 iyul 2025 , 08:22
Bu BÜRCLƏR ölümcül səhv etmək riski altındadır: vacib məsləhətlər
21 iyul 2025 , 00:02
5 yaşlı uşaq 5-ci mərtəbədən yıxıldı - Vəziyyəti ağırdır
20 iyul 2025 , 22:53
Ceff Bezos otel işçilərinə 52 min dollar “çayavoy” verdi
20 iyul 2025 , 16:38
III Şuşa Qlobal Media Forumu çərçivəsində ilk panel -YENİLƏNİB
20 iyul 2025 , 11:51