Azərbaycanın şərqində geodinamik vəziyyət öyrənilir
01 may 2014 18:07 (UTC +04:00)

Azərbaycanın şərqində geodinamik vəziyyət öyrənilir

İtaliyalı və azərbaycanlı geoloqlar Şəki–Zaqatala bölgəsində geodinamik vəziyyəti öyrənir. AMEA Geologiya və Geofizika İnstitutunun ictimaiyyətlə əlaqələr şöbəsindən Lent.az-a verilən xəbərə görə, bununla əlaqədar Geodinamika və Seysmologiya şöbəsinin dəvəti ilə İtaliya Ekoloji Təhlil Metodologiyaları İnstitutu Milli Tədqiqat Şurasının (CNR) mütəxəssisi Luçiano Teleska Azərbaycana gələrək Şəkidə yerləşən Qravitasiya və GPS (Qlobal Yertəyinetmə Sistemi) stansiyaları ilə tanış olub və birgə tədqiqat imkanlarını araşdırıb.

 

Tədqiqatlarda məqsəd yüksək geodinamikliyi ilə seçilən Şəki-Zaqatala bölgəsində müntəzəm qravimetrik siqnalları və GPS texnologiyaları vasitəsi ilə əldə edilən məlumatları statistik metodla tədqiq etməkdir. Nəticədə anomal effektlərin dəyişmə parametrləri və ümumi geodinamik vəziyyət haqqında məlumatlar əldə ediləcək.

 

Bu üsulun başqa regionlarda da tətbiqi nəzərdə tutulur.

Tədqiqat işləri AMEA və İtaliyanın Elmi Tədqiqat Şurasının 2014 və 2015-ci illəri əhatə edən əməkdaşlıq proqramı çərçivəsində həyata keçirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 493

Oxşar yazılar

 Bazar ertəsi   BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur  gətirəcək

Bazar ertəsi BÜRCÜN bu əlamətlərinə möhtəşəm uğur gətirəcək

14 iyul 2025 , 00:02
Cekpot  qazanmaq üçün   3 BÜRCƏ məsləhət

Cekpot qazanmaq üçün 3 BÜRCƏ məsləhət

13 iyul 2025 , 20:15
Qumar oynamağın cəzası nədir? - CAVAB

Qumar oynamağın cəzası nədir? - CAVAB

13 iyul 2025 , 19:47
Çimərliyə hansı qidaları aparmaq olmaz

Çimərliyə hansı qidaları aparmaq olmaz

13 iyul 2025 , 19:19
Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

Bu gün ən çox harada isti oldu? - RƏSMİ AÇIQLAMA

13 iyul 2025 , 18:52
Bu dörd tarixdə doğulan  insanlar əyilməz gücə  malikdirlər

Bu dörd tarixdə doğulan insanlar əyilməz gücə malikdirlər

13 iyul 2025 , 18:23
Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

Qızmar diskomfort hava olacaq - XƏBƏRDARLIQ

13 iyul 2025 , 15:35
İmtahanın düzgün cavabları -  VİDEO

İmtahanın düzgün cavabları - VİDEO

13 iyul 2025 , 14:34