Türkiyə ilə Azərbaycan arasında əməyin mühafizəsinə dair protokol imzalandı
17 aprel 2015 15:25 (UTC +04:00)

Türkiyə ilə Azərbaycan arasında əməyin mühafizəsinə dair protokol imzalandı

Türkiyənin Əmək və Sosial Müdafiə Nazirliyi  ilə Azərbaycanın Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə Birgə Daimi Komissiyanın 8-ci iclası keçirilib. Lent.az-ın məlumatına görə, hər iki nazir arasında görüş olub. Görüşdə Azərbaycanın Türkiyə və Makedoniyadakı fövqəladə və səlahiyyətli səfiri Faiq Bağırov, Türkiyənin əmək və sosial müdafiə nazirinin müstəşarı Ahmet Erdem də iştirak ediblər. F.Çelik Türkiyə və Azərbaycan arasında həm ikitərəfli, həm də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın yüksək səviyyədə olduğunu vurğulayıb. Nazir əmək və sosial müdafiə sahəsində də əməkdaşlığın uğurla həyata keçirildiyini, əvvəllər imzalanmış sənədlərdə nəzərdə tutulan istiqamətlər üzrə konkret işlərin aparıldığını, müsbət əməkdaşlıq təcrübəsinin əldə olunduğunu bildirib.

 

 İki ölkə arasında əmək, sosial müdafiə və məşğulluq sahəsində  əməkdaşlıq istiqamətlərini nəzərdə tutan protokol imzalanıb. S.Müslümov nazirliklər arasında müvafiq fəaliyyət sahələri üzrə həyata keçirilən əməkdaşlığın, qarşılıqlı məlumat və təcrübə mübadilələrinin səmərəli olduğunu bildirib. Dövlət Əməyin Mühafizəsi Fondu və Dövlət Məşğulluq Fondunun yaradılması ilə bağlı təcrübənin öyrənilməsi, hər iki nazirliyin səlahiyyət dairəsində olan məsələlərə dair birgə tədbirlərin, layihələrin həyata keçirilməsi imkanlarının araşdırılması kimi istiqamətlər də Protokolda yer alıb.

Görüşdən sonra nazirlər tədbir barədə media nümayəndələrinə məlumat verərək  onların suallarını cavablandırıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 81

Oxşar yazılar