Azərbaycanda maliyyə, mühasibatlıq, layihələrin idarə edilməsi, əməyin təhlükəsizliyi istiqamətləri üzrə beynəlxalq peşəkar kvalifikasiyaların tədrisində çoxsaylı yeniliklərə imza atmış GRBS şirkəti müştərilərinin istəklərini və bazarda maliyyə idarəetməsi üzrə peşəkarlaşmaq istəyən insanların sayının artmasını nəzərə alaraq yeni layihənin icrasına başlayıb.
Bu layihə GRBS-in artıq 5 ildir regionda uğurla rəsmi şəkildə təmsil etdiyi CIMA Kvalifikasiyası üzrə fevralın 7-də başlayacaq «CIMA Master’s Gateway» imtahanına hazırlıq kursudur.
GRBS şirkətinin Bakıdakı baş ofisindən «APA-Economics»ə verilən məlumata görə, CIMA (Chartered Institute of Management Accounting - Sertifikatlaşdırılmış İdarəetmə Mühasibləri İnstitutu) idarəetmə uçotu sahəsində beynəlxalq səviyyədə tanınmış peşəkar kvalifikasiyanı təklif edən aparıcı üzvlük orqanıdır. CIMA öz fəaliyyətini 1919-cu ildə «İstehsalatda məsrəflərin uçotu üzrə Mühasiblər İnstitutu» kimi başlayıb. Həmin tarixdən indiyədək CIMA 161 ölkəndə 164 min tələbəsi olan ən böyük beynəlxalq mühasibat uçotu orqanlarından birinə çevrilib. CIMA təşkilatı daim təkmilləşmə prinsipinə sadiq qalaraq peşəkar, habelə tənzimləyici orqan kimi qəbul edilən reputasiyasını qoruyub saxlayır.
CIMA-nın üzvləri və tələbələrinin 99%-dən çoxu birbaşa maliyyə uçotu sahəsində deyil, biznes strukturlarında çalışırlar. Bu da, CIMA kvalifikasiyasının menecment, idarəetmə uçotu, layihələrin idarə edilməsi və strateji menecment sahəsində daha çox bilik verməsi ilə bağlıdır. Bu isə gələcəkdə şirkətin top-menecmenti səviyyəsinə qədər yüksəlməyə imkan verir. «Dünyada minlərlə belə uğurlu karyera hekayələri var. Elə Azərbaycanda da CIMA kvalifikasiyası üzrə təhsil alan, üzv olmuş və ya hazırda müvəffəqiyyətli tələbələrin çoxu böyük istehsalat şirkətlərində, holdinqlərdə yüksək vəzifələr tuturlar. Bu gün Azərbaycanda, xüsusən də istehsalat sahəsində çalışan yüzlərlə şirkət maliyyə idarəetməsi üzrə kadrların seçilməsində CIMA kvalifikasiya üzrə bilik və bacarıqlara üstünlük verir. Bundan əlavə, bu şirkətlər sonradan kadrların peşəkarlıq səviyyəsinin artırılmasında da işçilərinə dəstək göstərməklə CIMA kvalifikasiyası üzrə imtahanların verilməsini onların qarşısında tələb kimi qoyur», - deyə GRBS-dən bildirilib.
Bütün dünyada CIMA kvalifikasiyasına olan marağın artmasının nəticəsidir ki, bu kvalifikasiyada tədris olunan fənlərin mütəmadi tədris vəsaitləri təkmilləşdirilir və insanlar üçün müxtəlif yeni imkanlar təqdim edilir. «CIMA Master’s Gateway» də bu yeniliklərdən biridir. Bu imtahan MBA və ya Mühasibatlıq Uçotu üzrə magistr dərəcəsi sahibi olan şəxslər üçün nəzərdə tutulub. CIMA bu qəbildən olan şəxsləri potensial biznes liderləri kimi qəbul edir və onlar üçün CIMA peşəkar kvalifikasiyası üzrə sürətli yolu təqdim edir. Bu imtahanı uğurla verənlər isə 11 CIMA peşəkar kvalifikasiya imtahanından azad olunur. Bu imtahanlardan 5-i ilkin səviyyədə olanlar, 6-sı isə peşəkar səviyyədə olan imtahanlardır. Bu o deməkdir ki, imtahan vermiş şəxslər avtomatik olaraq «CIMA Advanced Diploma in Management Accounting» tituluna sahib olur. Bu diploma sahib olduqdan sonra isə CIMA kvalifikasiyasını almaq üçün sadəcə 4 imtahan verilməlidir. Əgər kiminsə MBA və ya Mühasibat Uçotu üzrə magistr dərəcəsi yoxdursa belə, həmin şəxslər bu kursda 80 saat ərzində şitirak etməklə peşəkar karyerası üçün ən uğurlu investisiyalardan birini həyata keçirmiş olacaq. «Beləliklə, bu imtahana hazırlıq kursunda iştirak etməklə sadəcə vaxtınıza və pulunuza qənaət etmirsiniz, eyni zamanda öz peşəkar karyeranızda uğurlu addım atmış olursunuz».
GRBS artıq 5 ildir ki, CIMA-nın «Learning Listed Tuition Provider» statusu ilə uğurla bu kvalifikasiyanın imtahanlarına çoxsaylı hazırlıq kursları keçirir. İndiyə qədər yüzlərlə insan GRBS vasitəsilə CIMA kvalifikasiyasının imtahanlarına hazırlıq kurslarında iştirak edib və kompüterləşmiş imtahan mərkəzi kimi məhz GRBS-ə üstünlük verilir. Keyfiyyətli tədrisi əsas iş prinsipi edən GRBS bütün kurslarında müştərilərini akkreditə edilmiş tədris vəsaitləri ilə təmin edir. Eyni zamanda, kurs boyu aralıq sınaq və son sınaq imtahanları keçirməklə iştirakçıların biliyini nümayiş etdirib, keçirilən mövzular üzrə öz səviyyələrini müəyyənləşdirməyə yardımçı olur. GRBS-in peşəkar təlimçi heyəti iştirakçıların keçirilən mövzular və digər aidiyyəti mövzularla bağlı istənilən sualına cavab verə biləcək və iştirakçıları düzgün istiqamətlənməsi üçün yardımçı ola biləcək səviyyədədirlər. Əlavə olaraq qeyd edək ki, imtahana qeydiyyat və digər administrativ işlər GRBS-in peşəkar heyəti tərəfindən həyata keçirilir. «Sizin sadəcə tələb oluna sənədləri GRBS əməkdaşlarına təqdim etməyiniz kifayətdir. Əgər düşünürsünüz ki, bu sertifikat, ən əsası biliklər sizə karyeranızda çox vacibdir, o zaman təklif edirik ki, yanvarın 25-nə qədər bu imtahana hazırlıq kursuna təcili qeydiyyatdan keçəsiniz».
Kurs haqqında daha ətraflı məlumatı (012) 437 10 51/61 və *4727 telefon nömrələri ilə əlaqə saxlayıb və ya [email protected] e-mail ünvanı ilə GRBS Beynəlxalq Peşəkar Kvalifikasiyaları istiqamətinin əməkdaşları ilə əlaqə saxlaya bilərsiniz. Əlaqə saxlayarkən bu imtahana hazırlıq kursu ilə yanaşı, GRBS-in təhsil sahəsində təqdim etdiyi çoxsaylı xidmətlərləri ilə bağlı geniş məlumat əldə etmək mümkündür.