Azərbaycanda siyasi və psixoloji bacarığı üst-üstə düşənlər     
24 iyul 2018 14:54 (UTC +04:00)

Azərbaycanda siyasi və psixoloji bacarığı üst-üstə düşənlər     

 

 

Siyasət və psixologiya. Bu iki məfhum bir-biri ilə  çox sıx bağlıdır. Sovetlər dönəmindən fərqli olaraq biz buna daha çox Azərbaycanın müstəqilliyinin ilk vaxtlarından diqqət etməyə başlamışıq.

 

Gözlərimiz önündə siyasətçilərdən kimi təmkin nümayiş etdirib, kimi emosiya, kimi də intihar edəcəyini xalq qarşısında bəyan etmək səviyyəsinə qədər gedib çıxıb.  Dünyanı ən güclü siyasətçilər, özü də psixoloji baxımdan güclü olanlar idarə edir. Onlar kütlə qarşısına çıxır, danışır və bu zaman qəfil , gözlənilməz hadisələr də baş verə bilər. Bax, o zaman artıq həmin siyasətçinin vəziyyətdən necə çıxacağı, auditoriyanı necə idarə edəcəyi  diqqət çəkir.

 Bəs siyasət və psixologiyanı özündə ehtiva edən siyasi psixologiya  nədir? Siyasi psixologiya sosiologiya, iqtisadiyyat, kommunikasiya, biznes, təhsil və digər bir çox sahələr də daxil olmaqla sosial elmlər, siyasət və psixologiyanı  özündə ehtiva edən sosial elmi araşdırmanın inkişaf edən sahəsidir. Siyasi psixoloqlar psixoloji əsasları, kökləri və siyasi davranışın nəticələrini aydınlaşdırmağa çalışırlar. Bu fəaliyyətin bir qismi elmi proseslərin əsas nəzəriyyələrini tətbiq edərək siyasi fenomenlərin anlaşılmasını və siyasətdən kənar inkişaf edən sosial əlaqələri araşdırır. Digər siyasi psixologiya, siyasi hadisələrin psixoloji hesablarını təmin etmək üçün tamamilə yeni nəzəriyyənin inkişafını diktə edir.  O, siyasət və diplomatiyada uğuru artırmaq üçün bu sahədə çalışan siyasətçilərə və diplomatlara, ictimai hadisələrə münasibətlərində və dəyərləndirmələrində psixoloji pəncərə açaraq xidmət göstərir. Siyasi psixologiyanın məqsədi  cəmiyyətin və xalqın bir-biri ilə, yaxud liderləri ilə olan əlaqələri müşahidə etməkdir. İdarə edən-idarə olunan əlaqəsində müşahidə edilən “əlaqə” olduğu üçün mediada, yaxud müxtəlif sahələrdə siyasi partiyaların seçici davranışı, lider davranışı, qrup dinamikası və kütlə psixologiyası haqqındakı araşdırmaları siyasi psixologiyanın sahəsidir. Bundan başqa siyasi psixologiya daxili müharibə, soyqırımı, ictimai anlayışlar, terror, təzyiq qrupları, miqrasiya və inteqrasiya sahələrində fəaliyyət göstərilməsini məqsədə alıb. Bu sahələrdəki araşdırmaların başlıca mövzuları bunlardır: normal şəxsiyyət inkişafı, terrorçunun kimliyi, etnik şəxsiyyətin inkişafı, terrorizm psixologiyası, böyük qrupların və liderlərin psixoloji motivasiyası, lider və müşahidəçi psixologiyası, etniklik psixologiya, ictimai və siyasi proseslərin psixodinamikası.  

 

İlk dəfə Amerikada Cein  Natson (Jeanne Nutson) psixoanalistlər, iqtisadçı və siyasətçilərlə birlikdə Siyasi Psixologiya Cəmiyyətini qurub. Azərbaycanda isə Siyasi Psixologiya Məktəbi ilk dəfə 2016-ci ildə fəaliyyətə başlayıb. Mərkəzin təsisçisi və direktoru psixologiya elmlər doktoru, Amerika Psixologiya Assosiasiyasının üzvü Səməd Seyidovdur. Bu, siyasət və psixologiya arasında olan əlaqəni araşdıran və Azərbaycanda yaranmış ilk təşkilatdır. Bu, vətəndaşların özünürealizə tələbatlarının hərtərəfli təmin olunması üçün zəruri şəraitin yaradılmasına və insanların öz bilik və bacarıqlarından istifadə etməklə şəxsiyyətin hərtərəfli inkişafına kömək etmək üçün fəaliyyət göstərən yeni istiqamətdir.

Azərbaycandakı Siyasi  Psixologiya məktəbi çox fəal qurumdur.  Bunu keçirilən  təbirlərdə, seminarlarda da hiss etmək olur. Bu günlərdə Siyasi Psixologiya Məktəbinin təşkil etdiyi  3 aylıq kurslarda iştirak etdik. Biz psixoloqlarla yanaşı, kurslarda hüquqşünaslar, siyasətçilər, biznes nümayəndələri iştirak edirdi. Millət vəkilləri ilə görüşlərimiz oldu, hər kəs öz təcrübəsini bölüşdü. Maraqlı müzakirələrdən biri Azərbaycanda siyasi bacarığı ilə psixoloji imkanları üst-üstə düşən və düşməyənlərlə bağlı oldu.  

Siyasi Psixologiya məktəbində millət vəkilləri Hadı Rəcəbli, Qənirə Paşayeva, Asim Mollazadə, xalq yazıçısı Çingiz Abdullayev, Avropa İttifaqının Azərbaycandakı daimi nümayəndəliyinin rəhbəri Kestutis Yankauskas öz ictimai-siyasi baxışlarını bizimlə bölüşdülər. Məsələn,  Qənirə Paşayevanın auditoriya ilə işləməsi çox təqdirəlayiqdir. O, auditoriyanı tez ələ alır.  Müzakirələrdə də qeyd etdiyimiz kimi, ümumiyyətlə, ictimai fiqurlar, tanınmış şəxslər hər kəlmələrinə diqqət etməlidirlər. Elə  millət vəkili Hadı Rəcəblinin də özünün dediyi kimi  işlətdiyi bir ifadə uzun müddət medianın  gündəmindən düşmədi.  O özü nə qədər təkzib etsə belə, mediada reaksiyalar səngimədi.  

Siyasi Psixologiya Məktəbində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı müzakirələrdə gənc nəslin üzərində işlənməyin vacibliyi qeyd edildi. Çıxışımda da bildirdiyim kimi bu məsələdə yeni nəsildə özgüvən güclü olmalıdır, onlar ehtiyatlı davranmalıdırlar. Çünki tarix boyu ermənilər öz övladlarını bizə qarşı düşmən kimi böyüdüblər.

Hər bir siyasətçinin həm də yaxşı psixoloq olması lazımdır. Psixoloq da pasientinə dəstək zamanı yaxşı siyasətçi olmalıdır.

 

Psixoloq-psixoterapevt Xanım Niftəliyeva

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 734
avatar

Oxşar yazılar