Böyük Qafqazın Azərbaycan sahəsində cənub yamacında üç növ lokal gərginlik sahələri aşkarlanıb
Azərbaycanın şimal qərb hissəsində (Zaqatala-Balakən zonası), Şamaxı-İsmayıllı seysmogen zonasında, Kiçik Qafqazın şimal və orta hissələrində, Naxçıvan MR və Ermənistan sərhəddində aktivləşmə müşahidə olunur.
Lent.az-ın verdiyi məlumata görə, bu, Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Respublkia Seysmoloji Xidmət Mərkəzinin (RSXM) 2012-ci illə bağlı hesabatında qeyd olunub.
Alazan-Əyriçay-Ələt, Vəndam, Balakən-Cunut, Zəngəzur uzununa qırılmaları, Quton-Zəngilan, Qazax-Siqnax, Zaqatala-Şərur, Gırdımançay, Taircaçay-Salyan, Talış-Qaraboğazqol eninə dərinlik qırılmaları istiqaməti boyu aktivləşmə müşahidə olunur. 2012-ci ildə Xəzər dənizi akvatoriyasında ayrılan seysmik enerjinin miqdarı 2011-ci ildə olduğu kimi qalsa da, zəlzələlərin sayı bir qədər azalıb.
Hesabatda qeyd edilir ki, Böyük Qafqazın Azərbaycan sahəsində cənub yamacında üç növ - qırılıbqalxma, qırılıbdüşmə-yerdəyişmə, soltərəfli horizontal yerdəyişmə, Orta Kür çökəkliyi üçün - qırılıbqalxma, qırılıbdüşmə, Cənubi Xəzərdə - qırılıbdüşmə, horizontal yerdəyişmə və Talış zonasında – qırılıbqalxma, qırılıbdüşmə-yerdəyişmə lokal gərginlik sahələri aşkar olunub. Seysmomaqnit anomalları ilə yer qabığının blokları və dərinlik qırıqlarının aktiv sahələri dinamikası arasında əlaqənin olması müəyyən edilib. Maqnitometrik və qravimetrik məlumatlarının birgə interpretasiyası əsasında Zaqatala-Balakən, Şəki və Şamaxı-İsmayıllı zonalarında yer qabığında yüksək geodinamiki-aktivlik müəyyən edilib, yüksək seysmiki aktivliyi ilə muşayiət edilir.
Ümumiyyətlə, geomaqnit sahəsinin parametrlərinin analizi əsasında Azərbaycanın seysmogen zonalarında (Böyük Qafqaz və Talış zonası) zəlzələlərin baş verə biləcək zonaları müəyyən edilibr və bu həmin zonalarda seysmik aktivliyin senarisinin inkişafını izləməyə imkan verib. Azərbaycan seysmotelemetrik stansiyaların məlumatları əsasında, ocaq mexanizmlərinin məlumat bazası yaranıb (və respublika ərazisinin fərdi seysmogen zonalarında seysmotektonik deformasiyaların xüsusiyətləri müəyyən olunub. Seysmogeokimyəvi və seysmik sahələrin çoxillik monitorinqi nəticəsində ilk dəfə olaraq Şamaxı-İsmayıllı seysmogen zonasında geokimyəvi parametrlərin kombinasiyaları əsasında mikrobloklar müəyyən olunub və zəlzələ qabağı zaman təyin edilib.