Azərbaycanda qızlara Rihanna, Luiza, Janna adları qoyulub
29 sentyabr 2016 15:21 (UTC +04:00)

Azərbaycanda qızlara Rihanna, Luiza, Janna adları qoyulub

0

 

Azərbaycanda doğulan körpələrə əcnəbi ad qoyanların sayı artır.

 

Lent.az-ın "Report"a istinadən xəbərinə görə, bu barədə Ədliyyə Nazirliyi məlumat yayıb. Nazirlikdən bildirilib ki, əcnəbi adlar daha çox qız uşaqlarına verilir.

 

Beləliklə, son beş ildə 157 qız uşağına Diana adı verilib, 55 körpəyə Sabrina, 34-nə Selena, 22-nə Sveta adı qoyulub.

 

Bunda başqa, son beş ildə qoyulan əcnəbi adlar arasında İzel (8), Karolina (5), İzabel (3) İzabella (14), Lidiya (2), Lusiya (1), Liza (13), Rihanna (6), Luiza (8), Culiya (2), Selenay (2) Serenay (3), Janna (1), Tina (1), Aleksa (1), Kameliya (4), Marqarita (3) kimi adlar da yer alıb.

 

Oğlan uşaqlarına qoyulan əcnəbi adlar arasında Raul adı üstünlük təşkil edir. Belə ki, son beş ildə 1910, bu il isə 331 körpəyə bu ad verilib. 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 608

Oxşar yazılar