Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir - YENİLƏNİB
13 iyun 2014 08:00 (UTC +04:00)

Azərbaycanda növbəti buraxılış imtahanı keçirilir - YENİLƏNİB

0

Bu gün respublikanın bir sıra şəhər və rayonlarının orta ümumtəhsil müəssisələrinin 9 və 11-ci siniflərində təhsil alan şagirdlər üçün mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilir.

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından Lent.az-a verilən məlumata görə, imtahanlar Naxçıvan MR, Lənkəran, Astara, Masallı, Lerik, Yardımlı, Cəlilabad, Biləsuvar, Şirvan, Hacıqabul, İmişli, Saatlı, Sabirabad, Salyan, Neftçala, Füzuli, Beyləqan və Xocavənddə ümumilikdə 84 imtahan mərkəzində aparılacaq. Saat 10.00-da IX sinif, 15.00-da isə XI sinif şagirdləri öz biliklərini nümayiş etdirəcəklər.

 

Ümumilikdə 47 547 şagirdin imtahan verəcəyi gözlənilir. Həmin gün Naxçıvan MR-da 4115, Lənkəranda 2167, Astarada 1264, Masallıda 2374, Lerikdə 737, Yardımlıda 888, Cəlilabadda 2599, Biləsuvarda 1559, Şirvanda 1002, Hacıqabulda 807, İmişlidə 1309, Saatlıda 1185, Sabirabadda 2301, Salyanda 1680, Neftçalada 906, Füzulidə 936, Beyləqanda 1134, Xocavənddə isə 72 nəfər 9-cu sinif şagirdinin imtahanda iştirakı nəzərdə tutulur.


Bu gün Naxçıvan MR-də 4211, Lənkəranda 1640, Astarada 1001, Masallıda 1466, Lerikdə 472, Yardımlıda 687, Cəlilabadda 1648, Biləsuvarda 1156, Şirvanda 668, Hacıqabulda 595, İmişlidə 1145, Saatlıda 735, Sabirabadda 1743, Salyanda 1152, Neftçalada 675, Füzulidə 691, Beyləqanda 784, Xocavənddə isə 43 nəfər 11-ci sinif şagirdinin imtahanda iştirak edəcəyi bildirilir. 

 

Həm 9-cu, həm də 11-ci siniflərin imtahanlarının idarə edilməsi üçün ümumilikdə 192 imtahan rəhbəri, 2579 nəzarətçi-müəllim ayrılıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1994

Oxşar yazılar