Azərbaycanda nikahların sayı azalır, boşanmaların sayı artır
21 yanvar 2013 15:42 (UTC +04:00)

Azərbaycanda nikahların sayı azalır, boşanmaların sayı artır

Azərbaycanda nikahların sayı azalır, boşanmaların sayı artır. Lent.az-ın Dövlət Statistika Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, 2012-ci ildə ölkədə 79,3 min nikah qeydə alınıb.

 

Bu, 2011-ci illə müqayisədə 8,8 faiz azdır. 2011-ci ildə 88,1 min nikah qeydə alınıb. Boşanmalara gəlincə, keçən il 11 min boşanma faktı qeydə alınıb. Bu, 2011-ci illə müqayisədə  0,3 faiz çoxdur. 2011-ci ildə 10,7 min boşanma olub.

 

Ümumiyyətlə, 2012-ci ildə Azərbaycanda 1000 nəfər 8,6 nikah, 1,2 boşanma düşüb. Birinci nikaha daxil olanların orta yaş həddi kişilər arasında 27, qadınlar arasında 23 yaş olub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1462

Oxşar yazılar