Azərbaycanda narkomanların sayı açıqlanıb
18 aprel 2014 17:35 (UTC +04:00)

Azərbaycanda narkomanların sayı açıqlanıb

Azərbaycanda 2013-cü ilin yekunlarına əsasən qeydiyyatda olan narkotik istifadəçilərinin sayı açıqlanıb.

 

APA-nın məlumatına görə, Səhiyyə Nazirliyinin Respublika Narkoloji Mərkəzinin 31 dekabr 2013-cü il tarixə olan məlumatına əsasən, Mərkəzdə 28 min 376 nəfər qeydiyyatda olub.

 

Keçən il bu göstərici 27 min 910 nəfər olub. 28 min 376 nəfərdən 22 min 533 nəfər dispanser, 5 min 843 nəfər profilaktik qeydiyyatda olan, 756 nəfər anonim müalicə alanlardır. Qeydiyyatda olanlardan 539-u qadın, 130-u toksikoman, 393-ü qadın olmaqla, 20 min 4 nəfəri inyeksion narkotik istifadəçisidir.

 

2013-cü ildə 1509 nəfər yeni qeydiyyata götürülüb, 1049 nəfər qeydiyyatdan çıxıb.

 

Yaş qruplarına gəlincə, qeydiyyatda olan narkotik istifadəçilərinin 4-ü (2 qız, 2 oğlan) 14-17 yaş, 8 min 443 nəfəri 18-29 yaş, 14 min 692 nəfəri 30-39 yaş qruplarına daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 806
avatar

Oxşar yazılar