Azərbaycanda müəllimlər and içəcək - YENİLƏNİB
20 may 2014 12:29 (UTC +04:00)

Azərbaycanda müəllimlər and içəcək - YENİLƏNİB

Azərbaycanda müəllimlər and içəcək. Lent.az-ın məlumatına görə, bu, “Müəllimlərin etik davranış qaydaları”nın təsdiq edilməsi barədə təhsil nazirinin əmrində öz əksini tapıb. Əmrdə qeyd olunur ki, and Azərbaycan Respublikası ilə müəllim arasında açıq hüquqi borc və sədaqət münasibətlərini təsdiq edir.

 

Yeni qaydalara əsasən, müəllim ilk dəfə daimi işə qəbul olunarkən belə bir and içəcək: “Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına riayət edərək Azərbaycan təhsilinin ənənələrinə sadiq qalacağıma, keyfiyyətli təhsil xidməti göstərəcəyimə, peşəkar fəaliyyət zamanı qeyri-etik davranışın hər hansı bir formasına yol verməyəcəyimə, həmkarlarım, təhsilalanlar, valideynlər və digər şəxslərlə münasibətləri hörmət, şərəf və ləyaqət əsasında quracağıma, müəllim adını və şərəfini uca tutacağıma and içirəm”.

 

Andiçmə təntənəli şəraitdə Azərbaycanın dövlət bayrağı altında Azərbaycan Respublikasının Konstitusiyasına əl basmaqla həyata keçiriləcək. Əmrdə o da qeyd olunur ki, andiçmə bir dəfə olur və andın imzalanmış mətni müəllimin şəxsi işində saxlanılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1789

Oxşar yazılar