Azərbaycanda məhkumlar “Skype”dan istifadə edə biləcəklər
06 aprel 2013 15:05 (UTC +04:00)

Azərbaycanda məhkumlar “Skype”dan istifadə edə biləcəklər

 

Azərbaycan cəzaçəkmə müəssisələrindəki xarici ölkə vətəndaşı olan məhkumlara öz ölkələrindəki yaxınları və ailə üzvləri ilə “Skype” və digər elektron vasitələr ilə əlaqə yaratmaq imkanının verilməsi gözlənilir.


Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cəzaların İcrası Məcəlləsinə və “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanuna əlavə maddənin salınması müzakirəyə çıxarıla bilər.

 

Yeni layihəyə əsasən, Azərbaycan həbsxanalarında cəza çəkən, yalnız xarici ölkə vətəndaşı olan şəxslər qanunla müəyyən olunmuş müddətdən bir və müvafiq nəzarət halında öz ölkələrində yaşayan yaxınları və ailə üzvləri ilə mütəmadi əlaqə saxlaya biləcəklər. Bu imkanlar həmin məhkumlara hər ay üçün müəyyən limitlə veriləcək. Bu imkanlar sırasına “Skype” da daxil olmaq ilə bir sıra internet elektron yazışmaların da daxil edilməsi nəzərdə tutulur. Bu imkanın yaradılmasına səbəb həmin məhkumların yerli məhkumlardan fərqli olaraq öz ölkələrində yaşayan yaxınları ilə canlı görüş imkanına malik olmamalarıdır. Layihənin yaxın zamanlarda Milli Məclisdə müzakirəyə çıxarılması gözlənilir.

 

Qeyd edək ki, hazırkı qanunvericiliyə əsasən Azərbaycan cəzaçəkmə müəssisələrində xarici mühitlə internet əlaqəsi qadağandır. 

# 1412
avatar

Oxşar yazılar