Son iki ayda Azərbaycanda 13,9 min körpə doğulub. Dövlət Statistika Komitəsindən Lent.az-a verilən məlumata görə, əhalinin hər 1000 nəfərinə hesabı ilə bu göstərici 17,3 olub. Doğulan körpələrin 53,6 faizini oğlanlar, 46,4 faizini isə qızlar təşkil edir.
Həmin dövr ərzində ölkədə 5 min ölüm halı qeydə alınıb və əhalinin hər 1000 nəfərinə hesabı ilə ötən ilin müvafiq dövrü ilə müqayisədə ölüm səviyyəsi 6,9-dan 6,2-yə qədər azalıb.