Azərbaycanda dəniz quldurluğuna görə ən ağır cəza veriləcək
26 may 2014 14:51 (UTC +04:00)

Azərbaycanda dəniz quldurluğuna görə ən ağır cəza veriləcək

Azərbaycanda mütəşəkkil dəstə, cinayətkar birlik (təşkilat) tərəfindən törədilən dəniz quldurluğuna görə, eyni zamanda bu zaman baş verən ölüm və digər ağır nəticələrə səbəb olan hadisələrə görə ən yüksək cəzalar tətbiq olunur.


 

Milli Məclisdən APA-ya verilən məlumata görə, bununla bağlı Cinayət Məcəlləsinin 219-1.3-cü maddəsinə dəyişiklik təklif edilir.

 

Dəyişikliyə əsasən, dəniz quldurluğu mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən törədildikdə, o cümlədən ehtiyatsızlıqdan ölümə və ya digər ağır nəticələrə səbəb olduqda 20 il azadlıqdan məhrum etmədən ömürlük azadlıqdan məhrum etməyə qədər cəza tətbiq olunacaq.

 

Hazırda bu cəza 12 ildən 15 ilə qədərdir.

 

Layihə Milli Məclisin plenar iclasına tövsiyə olunub və mayın 30-da müzakirəyə çıxarılacaq.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 607
avatar

Oxşar yazılar