Azərbaycanda cinsi azlıqların alyansı yaradılıb
27 dekabr 2012 17:03 (UTC +04:00)

Azərbaycanda cinsi azlıqların alyansı yaradılıb

Azərbaycanda homoseksual insanların hüquq və azadlıqlarının müdafiəsi, onlara psixoloji və tibbi dəstək, həmçinin homoseksual insanlara qarşı mövcud olan homofobiyanın aradan qaldırılması üçün “Nəfəs LGBT” Azərbaycan Alyansı yaradılıb. Alyansdan Lent.az-a verilən məlumata görə, Təşkilatın əsas fəaliyyəti homoseksualların hüquq və azadlıqlarının müdafiəsi, cəmiyyətdə çoxluq tərəfindən onlara qarşı yaranan homofobiyanın aradan qaldırılmasına yönələcək. Bu istiqamətdə beynəlxalq təşkilatlar və yerli insan hüquqları müdafiəsi təşkilatları ilə əməkdaşlıq edilməsi planlaşdırılır.

 

Alyansın yaydığı press-relizdə deyilir: “Sayını dəqiq bilməsək də, bu gün ölkəmizdə homoseksuallar minlərlədir. Cəmiyyət tərəfindən onlara qarşı olan mənfi mövqe səbəbindən “qeyri-ənənəvi seksual oriyentasiya”-ya malik bu insanlar  psixoloji sarsıntı keçirir, onlar alçaldılır, ikinci plana atılır, ailədə, kollektivdə, onları əhatə edən insanlar arasında onlara qarşı münasibət və sosial atmosfer mənfi istiqamətdə dəyişir və nəticə olaraq belə şəxslər intihara cəhd edirlər. Araşdırmalara əsasən homoseksual yeniyetmələrin 25 faizə qədəri intihara cəhd edirlər. Homoseksual olduqları üzə çıxdıqdan sonra hədələrə məruz qalır, sırf bu səbəb üzündən işdən çıxarılırlar. Psixoloji yardımlar etməklə onların cəmiyyətdən küsməməsi və reablitasiya olunmasına nail ola bilərik”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1766
avatar

Oxşar yazılar