Şamaxı Astrofizika Rəsədxanası elmi əsaslarla bildirir ki, Yeni ay iyunun 3-də saat 14.03 dəqiqədə (Bakı vaxtı ilə) təzələnib.
Bu açıqlama Lent.az-a Rəsədxanadan verilib.
Qeyd olunub ki, təzələnmiş ayın Hilalının görünməsi yalnız Ekvatora yaxın ölkələrdə 14-16 saatdan sonra mümkün olur: “Ekvatordan uzaq olan ölkələrdə isə 18-20 saatdan sonra təzələnmiş ayın Hilalını gözlə görmək mümkün olar. Odur ki, Azərbaycan Respublikasının üfüqündə Şəvval ayının Hilalı iyunun 4-də tarixində - axşam saatlarında 20.20 -- 21.06 radələrində gözlə görünəcək”.