Azərbaycanda allergik xəstəliklər artıb
21 aprel 2014 13:49 (UTC +04:00)

Azərbaycanda allergik xəstəliklər artıb

“Azərbaycanda son illər allergik xəstəliklərdə artım müşahidə olunur”. Bunu Lent.az-a açıqlamasında allerqoloq Ramiz Quliyev bildirib. Onun sözlərinə görə, buna əsas səbəb qidalanmadır: “Son 10-15 ildə qidalanmamız dəyişib. Yəni daha çox süni qidalarla (geni dəyişdirilmiş qidalar) qidalandığımız üçün immunitet aşağı düşüb. Buna görə də allergik xəstəliklər artıb”.

 

Həkimin sözlərinə görə, allergik xəstəliklərə daha çox 20-40 arasında olan insanlarda rast gəlinir. R. Quliyev havası quru olan Aran rayonlarında allergik xəstəliklərə daha çox rast gəlindiyini də qeyd edib: “Allergiyaya səbəb bitkilərin çiçəklənmə mövsümünün başlamasıdır. Bu dövrdə tərkibində bitki komponentləri olan dərman və kosmetik vasitələrdən də istifadə edilməməlidir”.

 

Allerqoloq vətəndaşlara xəstəliklərdən qorunmaq üçün məsləhət verib: “İlk növbədə sağlam qidalarla qidalanmaq lazımdır. Yəni geni dəyişdirilmiş məhsullardan istifadə edilməməlidir. Həmçinin, çalışmaq lazımdır ki, bu xəstəlikdən vaxtında müalicə olunasan ki, xəstəlik kəskinləşməsin”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 829

Oxşar yazılar