Azərbaycanda Afrikada su quyularının qazılması üçün xeyriyyə kampaniyası başladı
04 iyul 2013 10:42 (UTC +04:00)

Azərbaycanda Afrikada su quyularının qazılması üçün xeyriyyə kampaniyası başladı

Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu (DƏ-İKGF) Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə müqəddəs Ramazan ayında “Afrikadakı uşaqlara yardım əlini uzat!” xeyriyyə kampaniyasının yeni mərhələsi həyata keçiriləcək.

 

Lent.az-ın verdiyi məlumata görə, 10 iyul – 10 avqust tarixlərində Azərbaycanda baş tutacaq bu xeyriyyə aksiyasından əldə olunan vəsaitlə Tanzaniya kimi susuzluq probleminin ən ağır olduğu bölgələrdə su quyularının qazılması planlaşdırılır.

 

Tanzaniyada ərazinin 1/3-i quraqlıq zonalardan ibarət olduğundan, əhalinin böyük bir qismi içmək və suvarma üçün üçün lazım olan sudan məhrumdur. Hətta insanların bir çoxunun istifadə etdiyi suya zəhərli toksik maddələrin yığışdığı kanalizasiya suları da qarışır ki, bu da xolera və malyariya kimi kütləvi xəstəliklərə səbəb olur. Kampaniyanın əsas məqsədi bir ay ərzində yığılacaq maliyyə vəsaiti hesabına Afrika ölkələrində yeni su quyularının qazılmasına dəstək verməkdir.

 

Qeyd edək ki, DƏ-İKGF Avrasiya Regional Mərkəzinin təşəbbüsü ilə keçirilən kampaniyanın birinci mərhələsi 2011-ci ilin Ramazan ayında baş tutub. “Somaliyə yardım əlini uzat!” şüarı ilə keçirilən bu humanitar kampaniya çərçivəsində kütləvi aclıq çəkən 1200 ailə üçün 80 min dollardan çox maliyyə vəsaiti toplanıb. Bu yardım öz hesabına Somaliyə gedən könüllülər tərəfindən 5 mindən artıq insana ərzaq şəklində paylanıb.


İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzi Afrikadakı uşaqlara yardım etmək istəyənləri Ramazan ayı ərzində (iyul ayının 10-dan avqust ayının 10-na kimi) öz ianəsini kampaniyanın hesabına keçirməyə dəvət edir. Yardım etmək istəyənlər vəsaitləri Beynəlxalq Bankın Səbail filialına  (HESAB No: AZ95IBAZ39070029442412143209 AZN: MÜXBİR HESAB: AZ03NABZ01350100000000002944: S.W.I.F.T. KOD: IBAZAZ2X:
CORR. ACC: 0137010002944) köçürə bilər, ya da İKGF-nin Bakı ofisinin (+994 12) 598-11-62 və ya (+994 12) 492-11-52 nömrəli əlaqə nömrələrinə zəng edərək bu ünvanlarda nağd ödəyə bilərlər. Ödənişlərin minimal həddi yoxdur. Bütün ödənişlərə müvafiq rəsmi qəbz verilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 651
avatar

Oxşar yazılar