Azərbaycanda <span style="color:red;">KURYOZ : qadın kəbini pozdu, ər həkimə düşdü
20 oktyabr 2014 12:30 (UTC +04:00)

Azərbaycanda KURYOZ: qadın kəbini pozdu, ər həkimə düşdü

“Molla kəbinimi mənsiz pozub, mənim haqqımı tapdalayıb, mənə ağır zərbə vurub. Mən ürək ağrısından həkimə müraciət etməyə məcbur oldum. Pozulmuş kəbini ləğv etmək olarmı? Şəxsən mən kəbinimizin pozulmasına, ailəmin dağılmasına razı deyiləm. İstəyirəm kəbinim arxivdən geri qaytarılaraq bərpa olunsun”. Lent.az-ın xəbərinə görə, bu sözləri İ. İ adlı kişi Qafqaz Müsəlmanları İdarəsinin saytında müfti Hacı Salman Musayevə müraciətində yazıb. Həyat yoldaşının ondan xəbərsiz kəbini pozmasından şikayətçi olan İ. İ Hacı Salmana müraciətində onun pozulmuş hüquqlarının bərpasını tələb edib: “Mən 2011-ci ilin dekabrın 30-da Bakıya gəldim və gələcək həyat yoldaşımla birlikdə Nizami metrosunun yaxınlığındakı məscidə getdik. Mənim təklifim və həyat yoldaşımın razılığı ilə kəbin kəsdirdik. Amma bu il sentyabrın əvvəlində həyat yoldaşım ərizə yazaraq kəbini birtərəfli pozub. Mənim isə bu əməldən xəbərim olmayıb. Və mən kəbini pozmağa rəsmi şəkildə razılıq verməmişəm.

 

Həyat yoldaşımın ixtiyarı varmı ki, mənsiz, tək gedib kəbini pozsun? Bu, qanunsuz deyilmi və günah sayılmırmı? Mollanın ixtiyarı varmı ki, xanım ərinin xəbəri olmadan məscidə talaq üçün gəldikdə, ərdən xəbərsiz o qadının talağını versin? Mənim razılığım olmadan xanımımın talağını vermək din, şəriət qayda-qanunlarını pozmaq deyilmi? Əgər mollanın bu kəbini pozması qanunsuzdursa, onun cəzası nə ola bilər?”

 

Hacı Salman İ.İ-nin müraciətinə cavab olaraq bildirib ki, şəriət qaydalarına görə, qadın kişinin icazəsi olmadan boşana bilməz: “İslamın şəriət qanunlarına əsasən, kişinin icazəsi olmadan qadın boşana və talaq ala bilməz. Ona görə də sizin durumunuzda həm talaq oxudan qadın, həm də talaq oxuyan din xadimi günahkardır. Başqa ifadə ilə desək, həmin qadın hələ də sizin xanımınız və həyat yoldaşınızdır. Yeri gəlmişkən, talağı oxuyan din xadiminin adı və soyadını bizə göndərmənizi xahiş edirik”.

# 1970
avatar

Oxşar yazılar

Bu şəhərdə temperatur  REKORDU: 50 dərəcəni   keçib

Bu şəhərdə temperatur REKORDU: 50 dərəcəni keçib

29 may 2024 , 19:57
Xocalı şəhəri

Xocalıya həyat qayıdır - VİDEO

29 may 2024 , 17:22
Meteohəssas insanlar üçün PROQNOZ

Meteohəssas insanlar üçün PROQNOZ

29 may 2024 , 15:05
Sabah  35 dərəcə isti   olacaq - HAVA PROQNOZU

Sabah 35 dərəcə isti olacaq - HAVA PROQNOZU

29 may 2024 , 12:42
Azərbaycanda kimlər çoxuşaqlı ana  hesab olunur? – CAVAB

Azərbaycanda kimlər çoxuşaqlı ana hesab olunur? – CAVAB

29 may 2024 , 11:58
General-mayor Firudin Nəbiyev

Azərbaycan Ordusunun generalı işdən çıxarıldı

29 may 2024 , 11:15
APA TV-nin 11 yaşı tamam olur

APA TV-nin 11 yaşı tamam olur

29 may 2024 , 00:00
Ən az  pensiya verilən   5 ölkə - SİYAHI

Ən az pensiya verilən 5 ölkə - SİYAHI

28 may 2024 , 17:22