Azərbaycanda “Xeyriyyəçilik  haqqında” qanun qəbul oluna bilər
12 yanvar 2013 15:19 (UTC +04:00)

Azərbaycanda “Xeyriyyəçilik haqqında” qanun qəbul oluna bilər

Bu il Azərbaycanda “Xeyriyyəçilik işləri haqqında” qanun qəbul oluna bilər. APA-nın məlumatına görə, qanunla bağlı verilən təkliflərə hazırda Milli Məclisin müvafiq şöbəsində baxılır.

 

Yaz sessiyasının ilk günlərində sənədin Milli Məclisin Sosial siyasət komitəsinə təqdim olunması gözlənilir. Qanunda qeydiyyatdan keçmiş xeyriyyəçi təşkilatlara, sponsorlara vergi güzəştləri tətbiq etmək, onların donorluq fəaliyyətini təşviq etmək nəzərdə tutulacaq.

 

Qanun layihəsində maraqlı məqam vergi güzəştlərinin tətbiqidir. Məhz qanunda nəzərdə tutulan bu bəndlə bağlı müvafiq dövlət qurumları ilə məsləhətləşmələr aparılır. Qanun xeyriyyəçiliyin nəzərdə tutulduğu bütün sahələri əhatə edir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1082
avatar

Oxşar yazılar