İyulun 9-da Azərbaycan Tibb Universiteti Tədris Terapevtik Klinikasının Nevrologiya və tibbi genetika kafedrasında Epilepsiya üzrə məktəbin növbəti məşğələsi keçiriləcək. Bu barədə Lent.az-a ali məktəbin Nevrologiya və tibbi genetika kafedrasından məlumat verilib.
Bu məşğələlər epilepsiya xəstələri, onların valideynləri və yaxınları üçün nəzərdə tutulub. Məqsəd epilepsiya xəstəliyi, bu cür xəstələrlə bağlı davranış qaydaları, onlara epilepsiya halında və sonra hansı ilkin və davamlı yardımların göstərilməsi və sair vacib məsələlərə dair təmənnasız maarifləndirmə işini genişləndirməkdir.
Epilepsiya məktəbi Bakı, Mərdanov qardaşları küçəsi 100 ünvanında (ATU-nun Tədris Terapevtik Klinikasının Nevrologiya və tibbi genetika kafedrasında) fəaliyyət göstərir. Məşğələlərdə epilepsiya xəstəsi olan hər kəs iştirak edə bilər.
Statistik məlumatlara görə, Azərbaycanda təxminən 70 minə yaxın epilepsiya xəstəsi var.