Azərbaycanda 226 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb
04 iyun 2013 17:18 (UTC +04:00)

Azərbaycanda 226 qeydiyyatdan keçməyən radioelektron vasitə aşkarlanıb

Bu ilin ilk 5 ayı ərzində Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən iş planına və quruma daxil olmuş göstəriş və müraciətlərə əsasən 313 təşkilat, müəssisə və şirkətdə istismar olunan radioelektron vasitələrə (REV) texniki baxış keçirilib, müvafiq qaydada aktlar tərtib edilib.

 

Nazirliyin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, müəssisə və təşkilatlarda keçirilən texniki baxış zamanı 226 ədəd DRİ-də qeydiyyatdan keçməyən müxtəlif növ REV aşkarlanıb.

 

Onlardan 165 ədədi möhürlənib, 7 ədədi silinib, qalan 54 ədədinin qeydiyyata alınması üçün müvafiq tədbirlər görülür. Dövlət qeydiyyatından keçməyən qeyri-qanuni REV istifadəçilərinə qarşı İnzibati Xətalar Məcəlləsinin pozulması barədə 30 protokol yazılıb, müvafiq hüquqi tədbirlərin görülməsi üçün aidiyyəti rayon məhkəmələrinə müraciətlər edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 482
avatar

Oxşar yazılar