11 dərəcə isti olacaq
19 yanvar 2015 12:34 (UTC +04:00)

11 dərəcə isti olacaq

0

 

Bakıda və Abşeron yarımadasında  yanvarın 20-də hava şəraitinin tutqun, buludlu olacağı,  əsasən  yağmursuz keçəcəyi gözlənilir . Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az-a verilən məlumata görə, mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə  0-3, gündüz 6-11 dərəcə isti olacaq. 

 


Azərbaycanın rayonlarında sabah  hava şəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər duman olacaq . Qərb küləyi gündüz dağlıq ərazilərdə güclənəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti, dağlarda gecə 3-8, yüksək dağlıq ərazilərdə 13-18 şaxta , gündüz 1-6 dərəcə isti olacaq.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 317

Oxşar yazılar