Azərbaycanda 112 oğlana 100 qız düşür
01 aprel 2013 14:54 (UTC +04:00)

Azərbaycanda 112 oğlana 100 qız düşür

Bu gün Azərbaycanda hər doğulan oğlan uşağına düşən qız uşaqlarının sayında kəskin fərqlənmə var.


 

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, normada hər doğulan 105 oğlan uşağına 100 qız uşağı düşməlidir. Azərbaycanda isə hər 112 oğlana 100 qız uşağı düşür. Bu da demoqrafik problem olaraq meydana çıxır.

 

Səhiyyə Nazirliyi abortlar nəticəsində son iki ildə Azərbaycanda ölən olmadığını bəyan etsə də, Ümumdünya Səhiyyə Təşkilatının araşdırmalarına görə, hər il dünyada 70 mindən artıq qadın məhz abort nəticəsində ölür. Abortların müxtəlif səbəbləri varr. Bəzi qadınlar ailə planlaşmalarında ikinci , üçüncü və daha çox uşağın olmasını nəzərdə tutmurlar. Buna səbəb kimi şəraitinin, evin olmamasını, işsiz olduqlarını göstərirlər.

 

Bu siyahıya cinsinə görə hamiləliyin süni şəkildə pozulmasını da aid etmək olar. Bu gün selektiv abort dünyanın ən ciddi problemi sayılır. Azərbaycan da bu problemdən kənarda qalmayıb. Cinslər üzrə əhalinin ümumi sayına nisbətən 0-17 yaş arasında uşaqların 1996-cı ildə oğlanlar 39,5%, qızlar 36,1%, 2001-ci ildə oğlanlar 37,6%, qızlar 36,4%, 2006-cı ildə oğlanlar 33,1%, qızlar 30,6%, 2011-ci ildə oğlanlar 29,8%, qızlar 26,0%, 2012-ci ilin birinci yarısında isə oğlanlar 29,4%, qızlar 25,6% olub.

# 1452
avatar

Oxşar yazılar

Sabah bu yollar tam BAĞLANACAQ

Sabah bu yollar tam BAĞLANACAQ

4 may 2024 , 15:05
Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

Sulu qar yağacaq, leysan olacaq - PROQNOZ

4 may 2024 , 12:46
Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

Qar yağıb, şaxta olub - FAKTİKİ HAVA

4 may 2024 , 11:10
 Qar yağacaq   - XƏBƏRDARLIQ

Qar yağacaq - XƏBƏRDARLIQ

3 may 2024 , 16:48
Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

Baş Prokurorluqda "Yaşıl Dünya naminə həmrəylik ili"nə həsr olunmuş tədbir keçirilib

3 may 2024 , 16:45
Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

Baş prokuror Tərtər rayonunda vətəndaşları qəbul edib

3 may 2024 , 15:59
Qış gözlənilmədən qayıtdı:  Güclü qar yağdı

Qış gözlənilmədən qayıtdı: Güclü qar yağdı

3 may 2024 , 14:57
COP29.az  vebsaytı istifadəyə verildi

COP29.az vebsaytı istifadəyə verildi

3 may 2024 , 14:22