Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin “Azərmarka” şirkəti iyunun 15-dən etibarən “Azərbaycan-Macarıstan birgə buraxılışı” seriyasından olan poçt blokunu dövriyyəyə buraxacaq.
Nazirliyin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirovun Lent.az-a verdiyi məlumata görə, Macarıstan tərəfinin təşəbbüsü ilə hazırlanan marka iki ölkənin əməkdaşlıq və dostluğunun bariz nümunəsidir.
Markalar üzərində iki xalqın milli əl işləri incəsənətinin elementləri təsvir olunub. Markaların nominal dəyəri 60 qəpik, tirajı 10 min poçt bloku təşkil edir.